Jump to content

Wn/az/"İnama Doğru" dərgisinin 33-cü ildə ilk sayı işıq üzü görüb

From Wikimedia Incubator
< Wn | az
Wn > az > "İnama Doğru" dərgisinin 33-cü ildə ilk sayı işıq üzü görüb

4 aprel 2011, Bazar ertəsi

İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalının verdiyi məlumata görə, "İnama Doğru" dərgisinin 33-cü ildə (mart 2011) ilk sayı işıq üzü görüb.

Dərginin baş yazısı "Mütləqə İnam Ocağı 33-cü ilinə ayaq basdı" adlanır və Günəş (mart) ayının 1-də bu münasibətlə İnam Evində düzənlənən "Yeni il" mərasimindən söz açılır.

Ocağın Ruhani Başçısı Safruh İnsanilik Bayramı münasibətilə kutlamasında bu gün İnsanlığın ciddi mənəvi fəlakət qarşısında qaldığını vurğulayır və çıxış yollarını göstərir.

"Mütləqə İnam Ocağının kuralları əsasında yas törəni" yazısında Safruhun kiçik qardaşı Firdovsi Ağa oğlunun ölümü münasibətilə Beyləqan və Masazırda Ocağın qaydasıyla keçirilən "İl" mərasimindən danışılır.

"Azadlıq Yolu-Kamilik Yolu": İnam Ata ilə təmas belə adlanır. İki səhifəlik yazıda Ata Azadlıq-İnam, Azadlıq-Üsyançılıq, Azadlıq-İradə, Azadlıq-Doğmalıq, Azadlıq-Din və başqa məsələlərə aydınlıq gətirir.

"İnam Evində "Novruz və Ocaq Bayramları" mövzusunda toplanış keçirilib" adlı yazıda Novruzun xəlqi mahiyyəti və Mütləqə İnam Ocağının təqdim etdiyi İnsanilik, Xəlqilik, Şərqilik və Bəşərilik bayramlarının gərəkliyi haqqında söhbət açılır.

"İnam Evində İnsanilik Bayramı", "İşıqlı və Yolruh Atalıların evi müqəddəs ünvandır", "Qəşəm İlqar Ruhdaşa həsr olunmuş tədbir keçirilib", alim–publisist Baba Əhmədlinin "Həyatın Asif Ata yolu", "Baba Əhmədli 82 yaşını başa vurdu", "Mütləqə İnam Ocağının 33-cü il təqvimləri", Safruhun "Russonun Emili, Safruhun Uluruhu və ya daxili şərsiz", "Yeni Evlad nişanələri hazırlanıb", "İnsanilik Bayramının gəlişi münasibətilə tonqalar çatılıb", Uluruh Atalının "Ruhumun səsi", Əlisahib Əroğulun "Asif Ata Fəlsəfəsində insan amili", Yolruh Atalının "Ruhani duyğular millilikdən qaynaqlanır", "İnam Evində 33-cü ilin ilk Ailə Günləri keçirilib" yazıları, tədbirlərdən çoxlu fotolar yer alıb.

Dərginin saylarını Mütləqə İnam Ocağının İnam Evindən əldə etmək mümkündür.

Mənbə

[edit | edit source]