Wn/az/Ana Səhifə

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Ana Səhifə
Jump to navigation Jump to search
Wikinews banner 5.png
Azərbaycan dilində hamının redaktə edə biləcəyi azad xəbər mənbəyi Vikixəbər sizin ixtiyarınızdadır.

Hal-hazırda Azərbaycan dilində 360 xəbər var.

VİKİXƏBƏR

Bazar ertəsi, 19. noyabr 2018. 17:24

Hayabusa-2 kosmik zondu Ryuqu asteroidinə iki robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib
Hayabusa-2 kosmik zondu Ryuqu asteroidinə iki robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib

Yaponiya Aerokosmik Məkanın Öyrənilməsi Agentliyi (JAXA) bildirib ki, Hayabusa-2 kosmik zondu Ryuqu asteroidinə iki ədəd robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib.

JAXA-nın məlumatına görə, şənbə günü Yerə göndəriləcək fotolar MINERVA-II-1 nəqliyyat vasitələrinin asteroidə uğurla endiyini təsdiq edəcək.

Agentliyin nümayəndələri nəqliyyat vasitələrinin cümə günü, Hayabusa-2 20 min metr hündürlükdən enərək, asteroidin səthinə 55 metrədək yaxınlaşdıqdan sonra göndərildiyini bildiriblər.

Nəqliyyat vasitələrinin asteroidə göndərilməsində məqsəd həm sınaqların keçirilməsi, həm də onun səthindən fotoların çəkilərək Yerə göndərilməsidir. Asteroidə növbəti robotlaşdırılmış nəqliyyat vasitələrinin oktyabrda göndərilməsi planlaşdırılır. Hayabusa-2 kosmik zondunun göyərtəsində daha iki nəqliyyat vasitəsinin olduğu bildirilir.

[ ± ] - Şəkil - Davamı
Zakir Həsənov Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub
Zakir Həsənov Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Günnüt kəndi və ətraf ərazilərdə yerləşən mövqelərdə, Qızılqaya yüksəkliyində yaradılmış etibarlı müdafiə sistemi, görülmüş mühəndis işləri və yeni mövqelərdə qısa zamanda tikilən əsgəri-məişət kompleksləri ilə tanış olub. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqla, daimi işıq və istilik sistemi ilə təchiz edilib.

General-polkovnik Z.Həsənov ön xətdə əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb. Nazir xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

[ ± ] - Şəkil - Davamı


Azərbaycan Fransaya etiraz notası təqdim edib
Azərbaycan Fransaya etiraz notası təqdim edib

Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.  BAKU.WS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.

"Bu barədə artıq XİN qəti və konkret açıqlama verib. Azərbaycan Fransa kimi bir ölkənin- BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədr qismində çıxış edən bir ölkənin işgalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir. Və fikirləşirik ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsizliyini ciddi şübhə altına alır. Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub", - Leyla Abdullayeva deyib. 

[ ± ] - Şəkil - Davamı


[+ ] Günlük məzənnələr 10 sentyabr, 2018
Valyuta Kod Məzənnə Fərq
1 ABŞ dolları USD 1.7
1 Avro EUR 1.964
1 Türk lirəsi TRY 0.2649
1 Rusiya rublu RUB 0.0242
Mənbə : AR Mərkəzi Bankı
Digər layihələr
Yenilə
Breaking.gif
+50.000

Српски / Srpski (Serb dili)

+10.000
Deutsch (Alman dili) · English (İngilis dili) · Français (Fransız dili) · Polski (Polyak dili)

+1.000
Česky (Çex dili) · Español (İspan dili) · Suomi (Fin dili) · עברית (İvrit dili) · Italiano (İtalyan dili) · 日本語 (Yapon dili) · Nederlands (Niderland dili) · Português (Portuqal dili) · Română (Rumın dili) · Русский (Rus dili) · Svenska (İsveç dili) · தமிழ் (Tamil dili)nbsp中文 (Çin dili)

+100
العربية (Ərəb dili) · Български (Bolqar dili) · Bosanski jezik (Bosniya dili) · Català (Katalon dili) · Ελληνικά (Yunan dili) · Lingvo Internacia (Esperanto) · فارسی (Fars dili) · Magyar (Macar dili) · 한국어 / Hangugeo (Koreya dili) · Norsk (Norveç dili) · سنڌي (Sindhi) · Gjuha shqipe (Alban dili) · ไทย (Tay dili) · Türkçe (Türk dili) · Українська (Ukrayna dili)