Wn/az/Qoran Hadziç həbs edildi

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Qoran Hadziç həbs edildi


25 iyul 2011, Bazar ertəsi

Serbiya Xorvatiya serblərinin sabiq lideri Qoran Hadziçi Haaqada müharibə cinayətləri tribunalına təhvil verib.

Serbiyanın ədliyyə naziri açıqlamanı bu gün verib. Hadziçin vəkili Toma Fila bir gün öncə Belqradda müxbirlərə bildirib ki, Hadziç appelyasiya hüququndan istifadə etməmək qərarına gəlib.

52 yaşlı Hadziç 1990-cı illərdə Balkan konflikləri zamanı Xorvatiyada üsyançı serblərə başçılıq edib. 2004-cü ildə Haaqa tribunalı ona qarşı müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərlə bağlı 14 maddə üzrə ittiham irəli sürdükdən sonra o, yoxa çıxmışdı. Hadziç Xorvatiyada yüzlərlə qeyri-serbin öldürülməsində və minlərlə adamın didərgin salınmasında günahlandırılır.

Mənbə[edit | edit source]


Əlqəli xəbər[edit | edit source]