Wn/az/Qadın namizəd Kosovo prezidenti seçilib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Qadın namizəd Kosovo prezidenti seçilib

8 aprel 2011, Cümə

Martın son günlərində istefa vermiş prezident Bedjet Pakollinin yerinə, 36 yaşlı Atifete Yahyaqanı Kosovo parlamenti prezident seçib. Hakim koalisiyanın yeganə namizədi olan Atifete Yahyaqa səsverməyə qatılan 100 deputatdan 80-nin dəstəyini alıb.

Serbiya əyaləti olan Kosovo 2008-ci ilin fevralında özünü müstəqil dövlət elan edib. ABŞ, Avropa Birliyi ölkələri və bir çox başqa dövlətlər onun müstəqilliyini tanıyıb. Bəzi dövlətlər, o cümlədən Azərbaycan Kosovonun müstəqilliyinin qeyri-qanuni olduğunu bəyan edib.

Mənbə[edit | edit source]