Wn/az/Azərbaycanın mininci poçt markası dövriyyəyə buraxılıb

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Azərbaycanın mininci poçt markası dövriyyəyə buraxılıb


12 noyabr 2011, Şənbə

Azərbaycanın mininci poçt markası dövriyyəyə buraxılıb. Qeyd edək ki, Azərbaycan Respublikası suveren dövlət kimi ilk dəfə olaraq poçt markalarını 1919-cu ilin oktyabr ayında buraxmağa başlamışdır. 1992-ci ildən bu günədək isə bu funksiya Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən həyata keçirilirdi.

Azərbaycanın mininci poçt markası da "Azərmarka" şirkəti tərəfindən çərçivəli dişi 14,0 olan ofset, təbaşirli, yapışqanlı marka kağızında çap olunmuşdur. Rəssamı X. Mirzəyev olan həmin markanın ölçüsü 40 x 28 mm., tirajı isə 100000 ədəddir.

1000-ci marka 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə buraxılmışdır.

Mənbə[edit | edit source]