 |
UNESCO 22-29 noyabr tarixləri arası Balidə keçiriləcək toplantı istisna olmaqla, bu ilin sonuna qədər həyata keçirməyi nəzərdə tutduğu və hazırda həyata keçirdiyi bütün digər proqramları təxirə salıb. Səbəb isə Fələstinin UNESCO-ya üzv qəbul edilməsindən sonra ABŞ-ın buna etiraz edərək, təşkilata maddi dəstəyindən əl çəkməsidir. UNESCO-nun baş direktoru İrina Bokova deyib ki, təşkilatın büdcəsində 65 milyon dollarlın büdcə kəsiri gözlənilir və ilin sonunadək həyata keçiriləcək proqramların təxirə salınması 35 milyon dollara qənaət ediləcəyi gözlənilir. Daha çox...
|
|
 |
Türkiyənin Van vilayətində baş verən zəlzələdən sonra xilasetmə əməliyyatları davam etdirilir. Rəsmilər bu gün 25 adamın dağıntılar alıtından çıxarıldığını, 12 adamın öldüyünü bildiriblər. İranla sərhəd bölgədə hələ də insanların dağıntılar altında qaldığı deyilir. Bölgədə 25 bina dağılıb. Dövlət televiziyası binalardan birinin xarici jurnalistlər və yardım işçilərinin qaldığı altımərtəbəli mehmanxana olduğunu xəbər verib. Daha çox...
|
 |
NATO Liviyada yeddi aylıq vətəndaşları müdafiə kompaniyasını başa vurduqdan sonra Suriyada hərbi əməliyyatlar keçirmək niyyəti olmadığını bildirib. NATO baş katibi Anders Foq Rasmussen dünən bildirib ki, alyans Suriyada qarşıdurma yaratmaq istəmir. O, prezident Bəşər əl-Əsədin müxalifətçilərə qarşı ölümcül basqılarını pisləyərək, Dəməşqi Suriya vətəndaşlarına öz fikirlərini ifadə etmək üçün şərait yaratmağa çağırıb. Daha çox...
|
 |
Türkiyədə yüzlərlə insanın ölümülə nəticələnmiş zəlzələdən bir həftə sonra xilasetmə işçiləri dağıntıları təmizləyərək, axtarış əməliyyatlarına son qoyur. Türkiyə rəsmiləri axtarışa dair xüsusi xahiş olmadığı halda, zəlzələdən sağ qalanların axtarışının sona çatdırıldığını bildirirlər. Rəsmilər zəlzələ nəticəsində 582 insanın, bunların 455-nin Ercişdə həlak olduğunu, 4 min insanın isə xəsarət aldığını bildirir. Keçən həftə bazar günü 7,2 bal gücündə zəlzələdən sonra dağıntılar altından 230 insan çıxarılıb. Daha çox...
|
|